Sabah havanın paytaxtda mülayim, rayonlarda nisbətən yağmurlu keçəcəyi proqnozlaşdırılır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən unikal.org-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında mayın 3-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 10-14, gündüz 18-23, Bakıda gecə 11-13, gündüz 20-22 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 765 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında isə mayın 3-də əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Cənub küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 10-15, gündüz 20-25, dağlarda gecə 3-8, gündüz 12-17 dərəcə isti olacaq.