Türkiyənin Qaziantep şəhərini qana bulayan İŞİD terrorçusu İsmayıl Günəşin fotosu yayılıb.
Unikal.org azvision.az-a istinadən bildirir ki, İ.Güneşin atası Süleyman Güneşin evində axtarış aparılıb.
Polis tərəfindən saxlanılan zaman "Vətən bizim Vətənimiz, İslam bizim İslamımız" deyərək qışqıran S.Güneş 30 nəfərlik qrupun hücumuna məruz qalıb.
Polis kütləni sakitləşdirib və S.Güneş saxlanılıb.
İ.Güneşin anası bir müddət əvvəl vəfat etdib və anasının vəfatından sonra İ.Güneşin psixoloji durumunun gərgin olduğu bildirilir. Bundan əlavə İ.Güneşin İŞİD üzvü olduğu da müəyyən edilib.
Qeyd edək ki, ötən gün Türkiyənin Qazinatep şəhərində polis idarəsinin qarşısında bombalanmış avtomobil partladılıb. Terror aktı nəticəsində iki polis şəhid olub, 19-u polis, 4-ü mülki olmaqla 23 nəfər yaralanıb.