Türkiyədə 56 yaşlı kişinin 16 yaşlı qızı zorlması ilə bağlı məhkəmə keçirilib.
Unikal.org türkiyə mətbuatına istinadən xəbər verir ki, Kayseri Ağır Cinayətlər Məhkəməsində M.A.D. (56) və K.A. (16) üzləşdirilib. 16 yaşındakı gənc qızın məhkəmədə dedikləri hər kəsi şok edib:"Bakkal qoca məni təhdid edərək dəfələrlə cinsi təcavüzə məruz qoyub. Xanımını bu barədə məlumatlandırdım. O məni çimdikləyərək dedi ki, bunu hardasa desən səni öldürəcəm. Mənim çılpaq şəkillərimi atama göstərəcəyi ilə hədələdi"-deyə qız göz yaşlarını saxlaya bilməyib.