Mayın 2-də ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları Bakı Slavyan Universitetində (BSU) tələbələrlə görüşüblər.

BSU-dan Unikal.org-a bildiriblər ki, tədbirdə çıxış edən BSU-nun rektoru, professor Asif Hacıyev vətənpərvərlik ruhunda keçirilən görüşün əsas məqsədinin dövlət siyasətinə dəstək göstərmək olduğunu bildirib. Rektor ümummilli lider Heydər Əliyevin Azərbaycanın təhlükəsizlik orqanlarındakı fəaliyyəti dövründə, o cümlədən Dövlət Təhlükəsizliyi Komitəsinə rəhbərlik etdiyi vaxtlarda ilk dəfə xalqımızın layiqli övladlarının fəal surətdə təhlükəsizlik orqanlarında işə cəlb olunduqlarını vurğulayıb.

DTX-nin məsul əməkdaşı Seymur Şeydayev təmsil etdiyi qurumun yaranma tarixi, o cümlədən bu orqanın erməni təcavüzkarlarına qarşı mübarizədə əməyindən danışıb. Onun sözlərinə görə, təhlükəsizlik orqanları daim xalqla bir yerdədir. Dövlət Təhlükəsizlik Xidməti ilə bağlı mühüm islahatlar həyata keçirildiyini deyən qurum rəsmisi burada daim savadlı, vətənpərvər gənclərə ehtiyac olduğunu qeyd edib.

Sonra Dövlət Təhlükəsizlik Xidmətinin veteranları xatirələrini bölüşüblər.