Lerikdə faciəli hadisə baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, hadisə mayın 2-də Lerik rayonunun Piran kəndində fəaliyyət göstərən "Lerik Broyler" fabrikində qeydə alınıb. Orada elektrik işləyən Vüqar Abbasov elektrik cərəyanı vurması nəticəsində ölüb.
 
Faktla bağlı araşdırma aparılır.