"Mən dəfələrlə toyda görmüşəm. Deyiblər ki, filan kəndin hacılarıdır. Məclisin sonunda çıxanda ayaq üstə dayana bilməyiblər"
Bu fikirləri Unikal.org-a açıqlamasında tanınmış müğənni Əli Mirəliyev deyib. O qeyd edib ki, əksəriyyəti həccə gedir ki, bu ada görə ona hörmət eləsinlər:"Mömin elə mömin kimi doğlur. Azərbaycandakı hacılarn çoxu içki içir. Mən dəfələrlə toyda görmüşəm. Deyiblər ki, filan kəndin hacılarıdır. Sən demə gedib kənarda içib gəlirlərmiş məclisə. Qız müğənni də olanda ona əl atırlar, artıq əksik hərəkətlər edirlər. Məclisin sonunda da çıxıb gedəndə görmüşəm ayaq üstə dayana bilmir".
Ə.Mirəliyev özünün həccə gedib getməyəcəyindən də danışıb: "Özüm seyidəm. Ancaq heç vaxt həccə getmərəm. Mən məclis adamıyam. Ola bilər sabah elə bir yerə düşərəm ki, kimsə şampan gətirər, badə qaldırar, mən də "vuraram". Bu da düz gəlməz. Kimi aldadıram?Axı başımızın üstündə dayanan sahibimiz var. Bəzilər həccə gedir ki, ona bu ada görə hörmət eləsinlər".
Elvin