Estoniya hökuməti Rusiyanın 3 jurnalistini ölkəyə buraxmayıb.
 
Estoniyanın Polis və Sərhəd Xidməti Qurumu "Rossiya" telekanalının müxbiri Yekaterina Fişenko və daha 2 jurnalistin Şengen vizalarının turistlik olması səbəbindən ölkəyə girişinə qadağa qoyub.
 
Məlumata görə, sözügedən jurnalistlər İkinci Dünya müharibəsi dönəmində Estoniyanın Vözi limanında yerləşən sualtı gəmi haqqında reportaj hazırlamaq istəyirdilər.(Axar.az)