Türkiyənin Van vilayətində yerli çobanlardan biri hərbçiləri minaya düşməkdən xilas edib. Belə ki, hərbi karvanın hərəkət etdiyi Çaldıran-Muradiye yolu üzərində minanın olduğunu görən çoban dərhal təhlükəsizlik orqanlarına məlumat verib.

Hadisə yerinə gələn Türkiyə ordusunun istehkamçıları minanı yalnız partlatmaqla zərərsizləşdiriblər. Partlayışdan sonra böyük çuxur yaranıb.