"Rusiya Türkiyənin bizə qarşı apardığı siyasətə hələki səbr nümayiş etdirir".
Unikal.org xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyi sözçüsü Mariya Zaharova deyib. O, rəsmi Ankaranın beynəlxalq arenadakı "dağıdıcı" siyasətini yaxın zamanda dəyişəcəyini düşünmədiyini bildirib. Zaharova, Türkiyə hökumətini yaxın şərqdə baş verən hasiələrdə qızışdırıcı siyasət aparmaqda ittiham edib: "Türkiyənin Osmanlı İmperatorluğunun köhnə gücünü yenidən qurmağa çalışır"..
Zaharova "İzvestiya" qəzetinə verdiyi müsahibədə, "Türkiyə haqqında nə deyə bilərsiniz?-sualına cavabında bu fikirləri də səsləndirib: "Uzun zamandır sabr edirik. Türk rəhbərliyinin Krım və Suriya mövzuları başda olmaqla davam etdirdiyi siyasəti çox yaxşı bilirdik. Rusiyanın Türkiyə ilə fikir ayrılıqlarını görüş masasında həll etmək üçün əlimizdən gələn hər şeyi edirdik. Lakin, təəssüf ki, hər şey bu günki Türk rəhbərliyinin gunahı ucbatından oldu".