Xanlar Vəliyev Səfər Əbiyevə hansı ismarıcı göndərdi?
11:09 14-08-2012
CƏMİYYƏT
Xanlar Vəliyev Səfər Əbiyevə hansı ismarıcı göndərdi?
Hərbi Prokurorun açıqlamasındakı bir məqamın sirri
Artıq elə bir gün olmasın ki, əsgər ölümü xəbər almayaq. Ən dəhşətlisi də budur ki, ölən əsgərlərin hamısı demək olar qeyri-döyüş şəraitində dünyalarını dəyişiblər. Lakin əsgərlərin əksər bir hissəsi silahla ehtiyatsızlıq davranış nəticəsində və ya əsgər yoldaşının digərlərinə atəş açması nəticəsində dünyalarını dəyişirlər.
Artıq bu vəziyyət ictima rəydə Müdafiə Nazirldiyi rəhbərliyinə qarşı kəskin tənqidlərlə müşahidə olunur. Mediada və hərbi ekspertlərin dilindən nazir Səfər Əbiyevin istefası ilə bağlı tələblər artmaqdadır.
Belə bir vaxtda ötən həftə respublikanın Hərbi Prokuroru Xanlar Vəliyevin açıqlamaları da maraq doğurdu. Həmin açıqlamaların məzmunu və özündə daşıdığı məna barədə “Unikal” olaraq ətraflı bəhs etdiyimizdən təkrara ehtiyac görmürük.
Amma dünən Vəliyevin dediklərindəki bir məqamla bağlı aldığımız yeni duyumlar da xeyli ilgincdir. Söhbət nədən gedir?
Xatırladaq ki, Xanlar Vəliyev məlum açıqlamalarında ordudakı müəmmalı əsgər ölümlərinə hüquqi qiymət verilməsi məsələsinə toxunmuş və demişdi: “Ölümün səbəblərindən asılı olmayaraq, hətta əsgər durduğu yerdə vəfat edirsə belə, hər bir fakt üzrə cinayət işi açılır. Səbəblər ciddi şəkildə araşdırılır, hər bir fakt üzrə qanuni tədbirlər görülür”. Daha sonra isə Respublika Hərbi Prokuror yuxarıda anons etdiyimiz həmin o bir məqamı dilə gətirmiş və belə demişdi: “Sadəcə olaraq, biz hər bir fakt barədə ictimaiyyətə məlumat vermirik, buna heç ehtiyac da görmürük”.
İndi belə iddialar ortaya çıxıb ki, Xanlar Vəliyev ictimaiyyətə açıqlama verilməyən araşdırmalar deyərkən həm də müdafiə nazirinə incə bir göndərmədə bulunub. Səfər Əbiyevə onun özü və nazirliyi barəsində hər çeşiddə kompromatlar toplandığı, dosye açıldığı mesajını verib, bu isə müdafiə nazirini heç şübhəsiz, ciddi təlaşa salacaqdır.
Hətta bəzi ehtimallara görə, Respublikanın Hərbi Prokuroru “biz hər bir fakt barədə ictimaiyyətə məlumat vermirik, buna heç ehtiyac da görmürük” sözlərini ordudakı əsgər ölümləri kontekstində səsləndirsə də, əslində Müdafiə Nazirliyi sistemində irimiqyaslı korrupsiya cinayətlərinə də işarə edib. “Hər bir fakt barədə” sözləri ilə başlayan cümlənin geniş məzmununun həm də məhz Azərbay can ordusundakı inanılmaz dərəcədə iri miqyaslı mənimsəmələrin mövcudluğu ilə bağlı fərziyyələri də əhatə edə bildiyi ehtimalı xeyli yüksəkdir.
Bir sözlə, Səfər Əbiyevə Xanlar Vəliyevin dilindən gərəkən mesajın verildiyini düşünənlər əmindirlər ki, Respublika Hərbi Prokuroru açıqlamalarında ictimaiyyətə haqqında məlumat verilməyən faktlar üzərinə xüsusi vurğu qoyaraq müdafiə nazirinə “Lazım gəlsə, onlar barədə də cəmiyyətə məlumat verərik” ismarıcı göndərib. Bu isə üymumilikdə hakimiyyət daxilindəki anti-Əbiyevçi qrupların adıçəkilən nazirə qarşı basqılarının yeni bir mərhələsindən xəbər verir.
Azər Aslan
Digər Xəbərlər
2024-12-26 01:06:40
2024-12-26 00:27:14
2024-12-26 00:16:51
2024-12-26 00:05:12
2024-12-25 23:30:42
2024-12-25 23:06:31
2024-12-25 22:45:19
2024-12-25 22:17:27
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24