Türkiyədə məhəllərin birində baş verən hadisə hər kəsi şoka salıb.

 

Kanalizasiya quyusu tutulması səbəbindən ətrafa yayılan qan insanlar arasında çaxnaşma yaradıb.

 

Unikal.org-un Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, vəziyyətlə bağlı insanlar polisə müraciət ediblər. Məlum olub ki, ətrafa yayılan qan yaxınlıqdakı ət kəsimi məntəqəsindən kanalizasiyaya axıdılıb. Boru tutulduğu üçün qanlı su ətrafa yayılıb. Kanalizasiya təmizləndikdən sonra problem həll olunub.