Gəncədə oğurluqla məşğul olan şəxs ələ keçib. Unikal.org Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin noyabr ayından cari ilin yanvar ayınadək olan müddətdə rayon ərazisindəki 1 evin liftinin əyləc dolağını, 4 evdən, 5 avtomobildən, 1 mağazadan pul, akkumulyator, inşaat materialları, qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Kəmaləddin Qasımov tutulub.
Araşdırma aparılır.