Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilinin müavini Aleksandr Barovik istefa verib.
Bu barədə o, Facebook-da bildirib:
"Mayın 1-də dövlət xidməti haqda yeni qanun qüvvəyə minib. Qanun dövlət işçilərinə Ukraynadan başqa dövlətin vətəndaşı olmağı qadağan edir. Mən heç vaxt Avropa Birliyinin vətəndaşı olduğumu gizlətməmişəm. Almaniya hökumətinə minnətdaram ki, məni ikili vətəndaşlıqla təmin etdi. Bunun sayəsində Ukraynada yaxşı komanda daxilində çalışdım".