Ötən gecə Gəncədə iki nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnən insident baş verib.
Şəhərin Abbas Səhhət adlanan yaşayış massivindəki çay evində mübahisə edə 4 nəfərdən biri əlində olan qumbaranı partladıb.
Hadisə zamanı iki nəfər ölüb, iki nəfər isə yaralanaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. (APA)