Moskvada təyyarə qəzasında ölən Namiq Qəhrəmanov kriminal aləmin üzvü olub.

Unikal.org-a etibarlı mənbədən daxil olan məlumata görə, qəzada həlak olan Yevlax rayon sakini, 1971-ci il təvəllüdlü Qəhrəmanov Namiq İnayət oğlu kriminal aləmdə "Haqqı ləqəbi ilə tanınan avtoritet olub.

O, uzun illər Rusiyada yaşayıb və tekstil fabrikinin sahibi olub. Qardaşı da kriminal aləmin üzvüdür və "İsim ləqəbi ilə tanınır. N.Qəhrəmanovun qardaşı Yevlaxda qanunsuz silah saxladığı üçün həbs olunub.