Paytaxt sakini əsəbiləşərək öz evini yandırıb.
Unikal.org-un "Qafqazinfo"ya istinadən verdiyi xəbərə görə, hadisə Yasamal rayonunda baş verib.
"Yeni Yasamal 1"-də yaşayan 1988-ci il təvəllüdlü Qalib Rüstəmzadə ailə münaqişəsi zəminində evini yandırıb. Ümumi sahəsi 83 kv.metr olan evin bir hissəsi əşyalarla birlikdə yanıb. Xəsarət alan olmayıb.