Moskvada mütəşəkkil cinayətkar dəstənin başçısı, azərbaycanlı Fuad Rzayev saxlanılıb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, F. Rzayevlə yanaşı, dəstənin daha 10 üzvü yaxalanıb. Əməliyyat Federal Təhlükəsizlik Bürosunun paytaxt idarəsi və Cinayət-Axtarış Şöbəsinin əməkdaşları tərəfindən birgə həyata keçirilib.

Fuad Rzayevin xaricdə yaşayan, "Lotu Quli ləqəbi ilə tanınan kriminal avtoritet Nadir Səlifovun nümayəndəsi olduğu bildirilir. İlkin məlumata əsasən F. Rzayev meyvə-tərəvəz və göyərti satışı ilə məşğul olan ticarətçilərdən aylıq "haqq" yığırmış.