Suraxanı rayonu 3 saylı Doğum evinini baş həkimi vəzifəsinə yeni təyinat olub.
İmmi İsmayıl qızı Ələkbərova doğum evinin baş həkimi təyin edilib.
Xatırladaq ki, İ. Ələkbərova Sumqayıt şəhər 2 saylı Doğum evinin baş həkimi vəzifəsində çalışıb. Ötən ilin noyabr ayında Səhiyyə Nazirliyi qaynar xəttə daxil olan şikayətlərlə əlaqədar 2 saylı doğum evində yoxlama aparıb. Sözügedən səhiyyə müəssisəsinin fəaliyyətində nöqsan və çatışmazlıqlar aşkar olunub. Doğum evinin baş həkimi İmmi Ələkbərova öz ərizəsi ilə tutduğu vəzifədən azad olunmuşdu.(Xeberle.com)