Bir neçə gündür "Gəncəli Firdovsi kimi tanınan Firdovsi Mustafayevin "qanuni oğru kimi taclandırması ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb.
Unikal.org Lent.az-a istinadən məlumatına görə, "whatsapp proqramı ilə yayılan səsli mesajlarda Firdovsi Musatafayevin qanuni oğru adına yiyələndiyi və yaxın vaxtlarda bütün həbsxanalara "praqon yayılacağı bildirilir.
Lakin saytın kriminal dairələrdən aldığı məlumata əsasən, yayılan xəbərlər yalandır və həqiqəti əks elətdirmir.
Yayılan daha bir məlumatda qeyd olunur ki, "Gəncəli Firdovsi və bir neçə azərbaycanlı kriminal avtoritetin yaxın vaxtlarda taclandırılılması gözlənilir.
Xatırladaq ki, bir müddət əvvəl "Gəncəli Firdovsi ilə Şəmkir rayonundan olan "Yetim Sabir kimi tanınan avtoritet arasında həbsxanada vəziyyətə nəzarət etmək üstündə mübahisə yarandığı haqda məlumatlar yayılmışdı. Firdovsi "Yetim Sabirə hazırda Türkiyədə olduğu qeyd edilən "Lotu Qulini oğru kimi tanımadığını bildirmişdi.
Qeyd edək ki, "Gəncəli Firdovsi ötən il Sankt- Peterburqda həbs edilərək, Azərbaycana ekstradisiya olunub. O, 2015-ci il avqustun 3-də Gəncə şəhəri Nizami küçəsində 3 şəriki ilə birlikdə kütləvi davada iştirakda günahlandırılır. Dava nəticəsində Gəncə sakini,1985-ci il təvəllüdlü Niyaməddin Zeynalov bıçaqla qətlə yetirilib, 1986-cı il təvəllüdlü Cəlal Abdullayev isə qarın nahiyəsindən bıçaq yarası alıb.
Hadisədən bir müddət sonra isə Firdovsi Mustafayev Rusiyaya qaçmağı bacarmışdı.
Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Mahmudovun sədrliyi ilə keçirilən prosesdə Firdovsi Mustafayev 17 il müddətinə azadlıqdan məhrum edilib.
Daha sonra isə Firdovsi Mustafayev Gəncədə yerləşən Penitensiar Xidmətin İstintaq Təcridxanasından Bakıda yerləşən vərəmli məhkumların saxlandığı İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə gətirilib. Hazırda onun adı çəkilən yerdə saxlandığı bildirilir.