Gədəbəy rayonunda qadına qarşı quldurluq edən şəxs saxlanılıb.
Unikal.org-un Repoarta istinadən məlumatına, ötən ay Gədəbəy rayon sakini, 1959-cu il təvəllüdlü Rahilə Tapdıq qızı İbrahimovanı öz evinin qarşısında döyərək ona məxsus dəyəri 40 min manatdan çox olan qızıl-zinət əşyalarını quldurluq yolu ələ keçirən şəxs saxlanılıb.
Məlumata görə, hadisə yerindən qaçan şəxs bir müddətdən sonra Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən oğurluq edərkən saxlanılıb. O, dindirmələr zamanı Gədəbəydə R.İbrahimovaya qarış quldurluq hərəkətləri etdiyini etiraf edib. Onun barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.