ABŞ prezidenti Barak Obama, Miçiqan əyalətindəki çirkli su qalmaqalı gündəmə gələn Flint şəhərini ziyarət edib.
Unikal.org xəbər verir ki, 1.5 il bundan əvvəl şəhərə gələn əsas su kəmərin köhnəldiyi üçün dəyişdirildikdən sonra çirkli su verilməsinə başlanılıb.Nəticədə xeyli insan sudan zəhərlənib. ABŞ hökuməti isə sözü gedən şəhərdə Fövqəladə vəziyyət eləan etmişdi. Artıq şəhərdə içməli su verlişi bərpa edilib, ən müasir tələblərə uyğun su kəməri çəkilib.
 
Şəhərə qonaq gələn ABŞ prezidenti stəkan götürərək su içib. Obama bununla bağlı şəhər əhalisinə müraciətdə edib: "Mən filtirlənmiş su içdim. Bunu sizədə tövsiyyə edirəm. Evinizdə su gələn krana filtr taxıb sudan istifadə edin".