Dövlət Gömrük Komitəsi (DGK) Gömrük Hüquqpozmalarına Qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinə daxil olmuş məlumata əsasən, Bakı Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları ilə birlikdə keçirilən əməliyyat tədbiri nəticəsində "Xocasən" gömrük postunda İran vətəndaşı Bavafa Maqsud Farhadın idarə etdiyi "HOWO" markalı yük avtomobilinə baxış keçirilib.
Bu barədə unikal.org-a DGK-dan məlumat verilib.
Məlumata görə, baxış zamanı avtomobilin dartıcısının konstruksiyasına aid olan ramasının arxa hissəsində yerləşən hava balonunun sağ kənarı ilə metal korpusu arasındakı boşluqdan sellofana bükülü birədə bağlamada narkotik vasitə aşkar olunub.
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert arayışına əsasən aşkar olunan bağlamadakı narkotik vasitə təmiz çəkisi 439,1 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış tiryəkdir.
Faktla bağlı araşdırma aparılır.