Türkiyədə pasportlaşma ilə bağlı yeni qərar qəbul olunub. Qərara əsasən Ərzaq, Kənd təsərrüfatı və Heyvandarlıq Nazirliyinin göstərişi əsasında heyvanların pasportlaşdırılması prosesinə başlanılacaq. Pasportlarda əsas məlumatlar, heyvanın doğum tarixi, cinsi, sağlamlıq durumu, rəng və çaları qeyd olunacaq.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, müvafiq sənədlər bütün təkdırnaqlı heyvanlara, o cümlədən atlara, uzunqulaqlara və b.veriləcək.
31 dekabr 2019-cu il tarixindən etibarən isə qeyd olunan heyvanlar üçün pasportların olması artıq icbari xarakter daşıyacaq.