Bu yay Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatı öncəsi təhlükəsizliyi təmin etmək məqsədilə ölkədə fəaliyyət göstərən "qanuni oğrulara qarşı əməliyyatlar başlayıb.
Unikal.org qafqazinfo-ya istinadən xəbər verir ki, bu məqsədlə onların Rusiyadan deportasiya edilməsinə start verilib.
Məlumata görə, 51 yaşlı Aslan Kobuladze və Suliko Şarikadze Gürcüstana, 43 yaşlı Kamçibek Kolbaev isə Qırğızıstana yola salınacaq. Bir müddət öncə isə Baçuka Paçuliya Gürcüstana, Dadaş Bakılı isə Azərbaycana deportasiya edilib.
Qeyd edək ki, hazırda 432 "qanuni oğru fəaliyyət göstərir. Onlardan 318 nəfəri azadlıqda, 114-ü həbsdə, 31 istintaq altında, 19-u isə axtarışdadır.
"Kriminal avtoritetlər arasında daha çox Gürcüstan vətəndaşı var - 242 nəfər. Onlar arasında ruslar (51), ermənilər (30), yezidilər (26), azərbaycanlılar (16), abxazlar (10), çeçenlər (8), yəhudilər (7) də var.