"Dəmirçi plaza"da iş yoldaşını qətl yetirməkdə təqsirləndirilən Elşən Bəşirovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Unikal.org lent.az-a istinadən xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmünə əsasən, Elşən Bəşirov 18 il müddətinə azadlıqdan məhrum edilib.
Ölən şəxsin hüquqi varisi Xalid Ağayev isə təqsirləndirilən şəxsə ömürlük cəza istəyib: "Bunu tikə-tikə eləsələr belə oğlum geri qayıtmayacaq. Amma ittiham üzrə yazılmış 7 maddə ilə cəzasını alsın. Az da olsa hirsimiz soyusun. Ömürlük cəza almasını istəyirəm. Mən bunu o zaman bağışlayardım ki, oğlumu 4 güllə ilə uzaqdan vuraydı".
Oğlu ölmüş ata məhkəmədə hönkürtü ilə ağlayıb, gözyaşılarını saxlaya bilməyib.
Hakimlər onu sakitləşdiriblər.
Xatırladaq ki, E.Bəşirov ittiham üzrə özünü qismən təqsirli bildiyini deyib.
Qeyd edək ki, qətl bu il yanvarın 7-də Xətai rayonu ərazisində yerləşən "Dəmirçi Plaza" MMC-yə məxsus binada icarə əsasında fəaliyyət göstərən "İraq Hava Yolları" şirkətinə məxsus ofisdə baş verib. Həmin şirkətdə sürücü işləyən Bakı şəhər sakini Elşən Bəşirov münaqişə zəminində tüfəngdən atəş açaraq, satış üzrə menecer - paytaxt sakini Əli Ağalını qətlə yetirib. O, qətli "COBALT" markalı tüfənglə törədib.