Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri - general Sübahir Qurbanov, general Teymur Quliyev, general Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri - Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Unikal.org "Reporta istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxslərdən general Natavan Mirvətovanın məhkəmə zalında həbs edilməsini, onun 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Növbəti proses martın 1-nə təyin edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslərdən digərləri barəsində həbs qətimkan tədbiri seçilsə də, N.Mirvətova barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib.