Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Rauf Sadıxovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Unikal.org apa-ya istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Hakim bildirib ki, R. Sadıxov barəsində həbsli axtarış çıxarılıb. Ona görə də R. Sadıxov məhkəmə iclas zalında həbs olunub.
Məhkəmə baxışı fevralın 27-nə təyin edilib.
Qeyd edək ki, R. Sadıxov Moskvada bizneslə məşğul olub.
O, qohumunun şikayəti əsasında həbs edlib. R. Sadıxov tanışına qarşı 100 min manatdan çox dələduzluqda təqsirləndirilir.