Bakıdan İrana etiraz bəyanatı verildi
11:54 16-08-2012
CƏMİYYƏT
Bakıdan İrana etiraz bəyanatı verildi
Azadlıq Təşkilatında Uluslarası Guney Azərbaycan Türkləri Konseyi (UGATK) Təbriz yaxınlıqında Vərziqan, Əhər və Heris bölgəsində baş verən zəlzələ ilə baqlı mətbuat konfrası keçirib. Ululararsı Guney Azərbaycan Türkləri Konseyi (UGATK) Azərbaycan üzrə səlahiyyətli təmsilçisi Aynur İmranova Güney Azərbaycandakı vəziyyətin ağırlığı barədə məlumat verib.
UGATK İdarə Heyətinin üzvü Firudiin Cəlilov isə baş verən hadisələr fonunda İranın, Azərbaycanın və Türkiyənin tutduğu mövqedən, televizyalarda bu məsələyə lazımi qədər önəm verilməməsindən danışıb. Məsələ ilə bağlı İdarə Heyətinin üzvləri Türkiyənin Kırıkkali Universtetinin müəllimi Gülarə Yenisey, Baba Tağıyev, Taliyət Əliyev da danışıblar.
UGATK İH üzvü Gularə Yenisey qeyd edib ki, bu gün Azərbaycan xalqının əhdə-vəfa günüdür. Hər kəs millətinə nə qədər sahib cıxdığını göstərməlidir.
UGATK İH üzvü Baba Taqıyev Güney Azərbaycanda baş verən zəlzələ zamanı İranın tutduğu mövqenin doğru olmadığını, bütün müsəlman dünyasının məsələyə münasibət göstərməsinin vacibliyini vurğulayıb. UGATK üzvü Taliyət Əliyev zəlzələdən zərər çəkənlərə maksimum yardım edilməsinin vacibliyini, kütləvi qırğının qarşısının alınmasının vacibliyini bildirib.
Sonda Konseyin Azərbaycan təmsilçisi Aynur İmranova UGATK adından Azərbaycan Respublikasının prezidentinı, beynəlxalq təşkilatlara bölgəyə yardım və müdaxilə ilə bağlı müraciət edildiyini bildirib.
"Güney Azərbaycanda avqustun 11-dən başlayan zəlzələdən sonra hələ də silkələnmələr davam edir. Məlumatlara görə 72 saat ərzində 930 dəfə silkələnmələr olmuşdur. Ümumən 120.000 insanın maddi, fiziki xəsarət aldığı, bunların içində həyatını dəyişənlərin də olduğu bildirilir. Təxminən 3 şəhərin, 200 kəndin ağır zərər gördüyü, 66 kəndin tamamən yox olduğu aldığımız xəbərlər arasındadır. Amma bunlar təbii ki, ən dəqiq məlumatlar deyil. Çünki İran rejimi bölgəni qapalı elan edib. Gələn yardınları qəbul etmir, insanları zəlzələ zonasına buraxmır. Türkiyədən gələn yardımları da, İranda fəaliyyət göstərən türk jurnalistlərini də geri göndərib. Amma özü də lazımi səviyyədə bölgəyə müdaxilə etmir, yardım göstərmir. Yerli əhalinin də bir-birinə köməyinə mane olur, xəstəxanalara qanvermə üçün müraciət edənlərin istəyi yerinə yetirilmir, xilasedici kimi bölgəyə gedənlər "oğurluq halları ilə mübarizə" adı altında geri qaytarılır. Dağıntılar altında hələ də insanların qaldığı bildirilir. İranın Qızılay rəhbəri isə dağıntı altında qalan olmadığı barədə bəyənat açıqlayır.
Ululararsı Guney Azərbaycan Türkləri Konseyi olaraq İran İslam Respublikasına Güney Azərbaycanda baş verən zəlzələ nəticəsində soydaşlarımızın problemlərinə göz yumduğu, onlara laqeyd münasibət göstərdiyi, insanları ölümünə tərk etdiyi üçün öz etirazımızı bildiririk. Hesab edirik ki, İranın apardığı siyasət, öz vətəndaşlarına qarşı tutduğu mövqe dövlətçilik baxımından yolverilməzdir. Güney Azərbaycan türklərinə qarşı aparılan siyasətin onların milli kimliyindən qaynaqlandığını bilirik və bu, İran tərəfindən həyata keçirilən özünəməxsus bir soyqırımıdır. UGATK İrandan təcili bu soyqırımına son qoymasını, Güney Azərbaycana lazımi və zəruri köməyin göstərilməsini təmin edilməsini tələb edir.
Eyni zamanda UGATK olaraq bütün dünyaya, insan haqları təşkilatlarına, Birləşmiş Millətlər Təşkilatına müraciət edirik. İranda zəlzələ sonucu insanların ölümünə tərk edilməsi insan haqlarının ciddi şəkildə pozulmasıdır. İnsan haqları isə heç bir ölkənin daxili işi deyil. Artıq dünyadakı beynəlxalq və insan haqları təşkilatları bu məsələyə öz münasibətini bildirməli, İrana apardığı bu yolverilməz siyasəti dayandırması, ordakı insanları bir dövlət kimi öz yardımını göstərməsi üçün təzyiq etməlidir. Dünya artıq bu soyqırıma "DUR" deməlidir! Biz Güney Azərbaycan məsələsinə ƏDALƏT tələb edirik!".
Digər Xəbərlər
2024-12-22 21:28:52
2024-12-22 18:09:43
2024-12-22 16:21:25
2024-12-22 14:26:25
2024-12-22 13:22:10
2024-12-22 13:05:08
2024-12-22 11:01:35
2024-12-22 10:44:57
2024-12-22 00:48:58
2024-12-22 00:00:00
2024-12-21 22:40:55
2024-12-21 20:58:50
2024-12-21 19:04:07
2024-12-21 18:46:43
2024-12-21 18:15:44
2024-12-21 17:06:00
2024-12-21 17:00:00
2024-12-21 16:33:49
2024-12-21 16:06:15
2024-12-21 15:34:34