Qənirə Paşayevadan deputatlara
11:55 16-08-2012
CƏMİYYƏT
Qənirə Paşayevadan deputatlara
Millət vəkili Qənirə Paşayeva İranın şərqi Azərbaycan əyalətində baş verən zəlzələdən əziyyət çəkən insanlara yardım etmək üçün deputat həmkarlarına müraciət ünvanlayıb. Deputat bu barədə "Facebook" sosial şəbəkəsində paylaşdığı statusunda bildirib.
Deputat zəlzələ qurbanlarına kömək etmək üçün Azərbaycanlı həmkarlarına və olimpiya çempionlarına çağırış edib.
"Zəlzələ bölgələrində insanımızın bu qədər acı və üzüntüsü hamımızın içini yaralayır. Qardaş-bacılarımızın dəstəyə ehtiyacları var. Həm maddi, həm də mənəvi dəstəyə. Düşünürəm ki, ilk növbədə millət vəkilləri olaraq biz hamımız ən azı bir-iki aylıq əmək haqqımızı zəlzələdən əziyyət çəkən bacı-qardaşlarımıza verməliyik. Dövlətimizin yardımı ilə bərabər bu addımı da atmamız önəmli bir dəstək olar bacı-qardaşlarımız üçün. İnanıram ki, millət vəkili dostlarım,həmkarlarım mütləq bu addımı atacaqlar.
Milliyyətcə azərbaycanlı iki qardaşımız Qasem Rezai və Hamid Mohammad Sourian qızıl medala görə pul mükafatını Güney Azərbaycanda zəlzələdə zərər çəkənlərə yardım fonduna bağışlayıb. Qürur duyuruq. Olimpiyadada qızıl medal qazanmış qaliblərimiz Toğrul Əsgərov, Şərif Şərifov və digərləri də pul mükafatının bir hissəsini bağışlasa bu maddidən daha çox böyük bir mənəvi dəstək olar. Onların belə bir addım atacağını çox istərdik. Bu zəlzələdən zərər çəkmiş bacı qardaşlarımıza böyük mənəvi dəstək olardı...", - deyə Q,Paşayeva qeyd edib.
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49