BMT-nin Uşaq fondu (UNİCEF) valideyn və ya digər qohumunun müşayiəti olmadan Avropaya gələn qaçqın və mühacir uşaqların müdafiəsi üçün təcili tədbir görməyə çağırıb.
BMT-nin xəbərlər mərkəzinin məlumatına görə, ötən il sərhədi böyüklərin müşayiəti olmadan keçən 95 min uşaq müəyyən olunub və qeydə alınıb.
İnterpolun hesablamalarına görə, Avropaya gələn hər doqquzuncu uşaq itgin düşür.
Məsələn, Sloveniyada qəbul mərkəzlərindən müşayiətsiz gələn 80 faizdən çox uşaq yoxa çıxıb. İsveçdə həftədə təxminən 10 uşaq itgin düşür. Almaniyada bu il 4700 qaçqın uşaq yox olub.
2015-ci ildə 96 500 uşaq sərhədi böyüklərin müşayiəti olmadan keçib və Avropada sığınacaq almaq üçün müraciət edib. Onlardan çoxu Suriya və Əfqanıstandan olan yeniyetmə oğlanlardır. (Report)