Hazırda davam edən futbol üzrə dünya çempionatının qrup mərhələsinin 2-ci turunda İsveç yığmasını 5:1 hesabı ilə məğlub edən Niderland millisinin baş məşqçisi Ronald Kuman qələbəni dəyərləndirib.

"Unikal" xəbər verir ki, təcrübəli çalıçdlrıcı oyindan sonra keçirilən mətbuat konfransında belə danışıb:

"İsveç yığması ilə oyunun vacib olduğunu bilirdim. Oyunçularımız üzərlərində təzyiq hiss etmədiklərini meydanda isbatladılar. Bu matçda mütləq qələbə qazanmalıydıq. Artıq növbəti matça köklənəcəyik".

Qeyd edək ki, ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ-2026 iyunun 11-də başlayıb. Turnir iyulun 19-da yekunlaşacaq. Son dünya çempionu Argentina millisidir.