Bu gün səhər saatlarında Asiya bazarında xam neftin qiymətində artım müşahidə edilib.
 
Unikal.org "Report"a istinadən xəbər verir ki, nəticədə, WTI (West Texas Intermediate) markalı xam neft 1,81% yaxud 0,81 dollar bahalaşaraq 45,47 dollar/barelə çatıb.
Bununla yanaşı, "Brent" markalı neftin qiyməti isə hər barelə görə 1,34% yaxud 0,61 ABŞ dolları artaraq 45,98 dollar/barelə yüksəlib. Buna səbəb Kanadanın Alberta bölgəsində meşə yanğınlarının davam etməsi və Səudiyya Ərəbistanının "Aramco" milli neft şirkətinin rəhbərliyindəki dəyişikliklər olub.