Bərdədə 24 yaşlı gənc öz avtomobilində yandırılıb.
 
Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Piyadalar kəndində, əkin sahəsində baş verib. Yerli sakin Salman Bayramov gecə saatlarında evə gedərkən naməlum şəxs və yaxud şəxslər tərəfindən döyülüb. Başından küt alətlə vurulan gənc huşunu itirib. O daha sonra "VAZ-2107" markalı avtomobilinə qoyularaq yandırılıb. Hadisə baş verən zaman yoldan keçən qonşu kənd sakini dərhal S.Bayramovun yaxınlarına xəbər verib. 24 yaşlı gənc ətrafdakıların köməkliyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda Reanimasiya şöbəsində olan gəncin vəziyyəti orta ağırdır.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.