Şimali Koreya Xalq Demokratik Respublikasında iqtidarda olan Əmək Paprtiyasının qurultayında təhlükəli bəyanat verilib.
Ölkə lideri, diktator Kim Çen Inın dediyinə görə, ölkə nüvə silahı potensialını daha da artıracaq.
Unikal.org Daily Mail-ə istinadən bildirir ki, Kim Çen Inın dediyinə görə, Şimali Koreya hazırda Pxenyana düşmən mövqe tutan ölkələrlə münasibətləri normallaşdırmağa hazırdır.
36 illik fasilədən sonra ilk qurultayını keçirən Koreya Əmək Partiyası ölkənin bundan sonrakı inkişaf istiqamətini müəyyənləşdirib. Eyni zamanda, Kim Çen In ona sadiq adamları rəhbər vəzifələrə təyin etməyə davam edib.
Bundan başqa, proqram nitqində Kim Çen In onu da deyib ki, Pxenyan hücum silahı qismində nüvə silahından istifadə etməyəcək.
"Biz müdafiə məqsədli nüvə proqramını keyfiyyət və kəmiyyət baxımından genişləndirmək niyyətindəyik. Nüvə silahına da ilk əl atan deyilik. Yeganə istisna nüvə dövlətinin bizə hücum etməsidir", - Kim Çen In deyib.[video=
|
]
<!--
dle_video_begin:
-->