Füzuli Ələkbərova qarşı "olimpiya həmləsi"
12:46 17-08-2012
CƏMİYYƏT
Füzuli Ələkbərova qarşı "olimpiya həmləsi"
Əmək nazirinə qarşı kompromat dosyesi bir az da qalınlaşdı
Onsuz da hakimiyyət daxilində mövqeləri əvvəlki illərlə müqayisədə xeyli zəifləmiş, bir ucdan vəzifəli işçiləri rüşvət və korrupsiya ittihamı ilə içəri atılan əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov indi də başa çatan 30-cu Yay Olimpiya Oyunlarının nəticələrinə görə hədəfə gəlib. Olimpiadada Azərbaycan cüdoçularının görünməmiş dərəcədə zəif çıxışı həm də Cüdo Federasiyasının prezidenti olan naziri pis vəziyyətdə qoyub.
Qeyd edək ki, aparıcı rəsmi dövlət qəzetlərindən birinin baş redaktoru da dünənki yazısında ad çəkməsə belə, Cüdo Federasiyasının prezidenti, əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovu da tənqid edib: "Yəqin ki, idman mütəxəssisləri, sahəyə cavabdehlik daşıyanlar təhlil və araşdırma apararaq düzgün nəticələr çıxaracaq və müvafiq qərarlar qəbul olunacaq! Necə deyərlər, məsələnin bu cəhəti bizlik deyil! Bizi daha çox mənəvi amillər, etik prinsiplər düşündürür və narahat edir. Azərbaycan bayrağı altında yarışlara qatılan hər kəsin qazandığı nəticə onun "şəxsi işi" sayılmır…"
Əlbəttə, Ələkbərova qarşı olimpiya tənqidlərini paylaşmamaq mümkün deyil, eyni zamanda hesab etmək olar ki, Londondakı nəticəsizlik onun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini necə idarə edirsə, Cüdo Federasiyasını da eyni şəkildə idarə olunur. Sonucda da göz önünə belə bir içacıdıcı mənzərə çıxır. Ən çox uğur gözlənilən idman növlərindən birində fiasko yaşanır.
Əldə etdiyimiz məlumata görə, Füzuli Ələkbərov hazırda cüdodakı fiaskodan çox narahatdır və federasiyada ciddi dəyişikliklərə hazırlaşır. Onun qurumun bir sıra səlahiyyətli şəxslərini cəzalandıraraq özünü sığortalamağa hazırlaşdığına dair bilgilər gəlməkdədir.
Başqa bir məlumata görə isə əmək və əhalinin sosial müdafiə nazirinin hansısa cəzalandırmalar, federasiyanın idarə olunmasında dəyişikliklər yolu ilə öz durumunu yaxşılaşdırmaq səylərinə ehtiyac qalmaya da bilər. Çünki artıq hökumət kulislərində Cüdo Federasiyasının Füzuli Ələkbərovdan alınacağına dair xəbərlər yayılıb.
Həmin xəbərlərdə Ələkbərovun federasiyasının başqa bir oliqarx məmura həvalə olunacağı bildirilir və əlavə edilir ki, əmək və əhalinin sosial müdafiəsi naziri isə idman siyasətindən tam kənarda qalacaq. Belə halla üzləşən məmurlar üçün bu, adətən onun hakimiyyət içərisində öz gücünü tamamilə itirməsinin və qısa vaxtda postundan uzaqlaşdırılacağının siqnalı sayılır.
Azər Aslan
Digər Xəbərlər
2024-11-22 23:33:36
2024-11-22 22:48:30
2024-11-22 20:35:08
2024-11-22 19:38:04
2024-11-22 18:45:14
2024-11-22 18:41:19
2024-11-22 18:05:14
2024-11-22 17:54:00
2024-11-22 17:28:04
2024-11-22 16:55:08
2024-11-22 16:46:45
2024-11-22 16:39:35
2024-11-22 16:28:54
2024-11-22 16:27:05
2024-11-22 16:24:00
2024-11-22 15:55:41
2024-11-22 15:54:59
2024-11-22 15:46:00