Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya  Departamentindən unikal.org-a verilən məlumata görə,  şimal küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.
 
Havanın temperaturu Abşeron yarımadasında gecə 10-14 , gündüz 20-25, Bakıda gecə 12-14, gündüz 21-23 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu,  nisbi rütubət gecə 75-85,  gündüz 50-60 faiz təşkil edəcək.
 
Mayın 10-da Azərbaycanın rayonlarında   əsasən yağmursuz, səhər bəzi yerlərdə duma olacağı gözlənilir. Lakin gecə və axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Havanın temperaturu gecə 10-15 , gündüz 23-28 ,  dağlarda gecə 4-9 ,  gündüz 14-19 dərəcə isti olacaq.