Türkiyənin baş naziri postundan istefa verən Əhməd Davudoğlu "Analar günü" münasibətilə qocalar evinə baş çəkib.
Unikal.org azvision.az-a istinadən bildirir ki, Davudoğlunun qocalarla görüşündə maraqlı anlar yaşanıb.
Qocalar evinin sakinlərindən biri Davudoğluna `Baş nazirlikdən getmə, xahiş edirəm` - deyə müraciət edib.
Davudoğlu isə yaşlı insanın bu istəyini cavabsız qoymayıb. O, "Eləmi?, xeyirlisi, dua edin" deyə cavab verib.