Emin Ağalarov: Bəxtim gətirib ki, Jennifer Lopezlə oxuyacağam
12:49 17-08-2012
CƏMİYYƏT
Emin Ağalarov: Bəxtim gətirib ki, Jennifer Lopezlə oxuyacağam
Rusiyalı biznesmen, müğənni, Azərbaycan Prezidentinin kürəkəni Emin Ağalarov BBC Breakfast proqramının qonağı olub. Aparıcılar Susanna Reid və Charlie Stayt onunla müsahibə aparıb.
- Emin, insanlar adətən məhşurların həyatı ilə maraqlanırlar - onlar hardan gəliblər, nə ediblər, sənin həyat hekayən qeyri-adididir. Sən çox varlı bir adamın, bəlkə də milyarderin oğlusan. Amma eyni zamanda ailən əvvəllər çox sadə bir ailə olub. Öz həyat hekayən barədə bizə danışa bilərsənmi?
- Mən qısaca deyəcəyəm. Mən Bakıda, Azərbaycanda doğulmuşam. Yəqin ki, oranı tanıyırsınız. Eurovision mahnı müsabiqəsi bu yaxınlarda orada keçirildi. Mən 1979-cu ildə doğulmuşam. O zaman Azərbaycan Sovet İttifaqının bir hissəsi idi. Mən sovet rejimini yaxşı xatırlayıram. 22 il bundan əvvəl Sovet İttifaqı dağıldı. Mən çox gənc idim, valideynlərim məni öncə İsveçrəyə, sonra isə Nyu Yorka oxumağa göndərdi. Və mən Nyu Yorkda biznes məktəbini bitirdim. Yəni təhsilim biznesdir, musiqi deyil.
- Uşaq olaraq sovet sistemində böyüyürdün. Bütün çətinlikləri yəqin ki, xatırlayırsan. O zaman hansı arzuların vardı?
- Bəlli bir arzumun olması üçün o zaman çox gənc idim. Ancaq ailəmin arzusu yaxşı həyat, ölkələri gəzə bilmək idi. O zaman bu arzular artıq yerinə yetməyə başlamışdı. Bəxtimiz gətirimişdi ki, dəyişiklər zamanında yaşayırdıq.
- Ailənin var-dövlətinin sənin musiqi karyerana təsiri barədə danışaq. İnsanlar düşünə bilər ki, sən bir günün içində teatr ala bilərsən, konsert verə bilərsən. Bu həqiqətən belədirmi, yoxsa bunları etmək çətindir?
- Düzünü desəm, bu (ailəmin var-dövləti) mənə səsyazma prosesində, istehsal prosesində əlavə vasitələr imkanı yaradır. Ancaq eyni zamanda, musiqini reklam etməyə gələndə bu, çətinlik yaradır. Çünki səni musiqi dünyasından kənarda olan bir şəxs kimi görürlər. Ancaq bəxtim gətirib ki, auditoriyam var və musiqimi irəli çəkə, canlı konsertlər verə bilirəm. Məncə bu, reklamın ən etibarlı yoludur - mənə inanmırsınıza, gəlin konsertimə baxın.
- Sən Bakıda o şəraitlərdə (sovet rejimində) doğulmusan, indi isə Azərbaycan prezidentinin qızı ilə evlisən. Belə olacağı ailənin heç ağlına da gəlməzdi yəqin ki.
- Bəli. Azərbaycan indi ayrıca ölkədir. Rusyanın və ya Sovet İttifaqının bir hissəsi deyil. Bu çox gözəl və heyrətamiz ölkədir. Sizə tövsiyyə edərdim ki, Google-da axtarıb baxasınız və ora səfər edəsiniz.
- Sən 17 yaşından aşağı qadınların futbol çempionatında tezliklə konsert verəcəksən...
- Bəli, çempionat və konsert Bakıda, Azərbaycanda keçiriləcək. Bütün həyatım boyunca olduğu kimi yenə də bəxtim gətirib ki, Jennifer Lopezlə birlikdə orada çıxış edəcəyəm.
- Deyirsən ki, bəxtim gətirib. Ümumiyyətlə, özünü həyatda şanslı adam hesab edirsənmi?
- Bəli, hesab edirəm. Amma bunun üçün özüm də çox çalışmışam. Özümü biznes dünyasında möhkəmləndirmək üçün çox səy göstərmişəm. Atamın şirkətində vitse-prezident vəzifəsinədək yüksəlmişəm. Öz musiqim və ifa bacarıqlarım üzərində də çox işləyirəm. İndi sahib olduqlarımın çoxunu özüm qazanmışam.
- Saatın məni lap məftun edib. Çox böyükdür...Elə bil divar saatıdır.
- Mən böyük şeyləri çox xoşlayıram. Bu, saatla suyun min metr dərinliyinə baş vurmaq olar.
bbc.co.uk/azeri
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49