Daxili İşlər Nazirliyi Bərdə rayonunda baş vermiş hadisə ilə bağlı məlumat yayıb.
Unikal.org nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 7-də Bərdə rayonunun Piyadalar kəndində naməlum şəxs kənd sakini Salman Bayramova baş nahiyəsindən küt alətlə xəsarət yetirmiş, onu və yaxınlıqda dayanmış ona məxsus "VAZ-2107" markalı avtomobili benzinlə yandırıb.
Xəstəxanaya yerləşdirilmiş S.Bayramovun vəziyyəti ağırdır.
Faktla əlaqədar cinayət işi başlanıb.