Azərbaycan ordusunun aprel döyüşlərində yaralanan, həkimlərin bütün müdaxiləsinə baxmayaraq ötən gün şəhid olan kapitanı dəfn edilib.
Unikal.org anspress-ə istinadən bildirir ki, zabit anadan olduğu İmişli rayonu, Göbəktala kəndində torpağa tapşırılıb.
Onlarla insanın iştirak etdiyi dəfn mərasimində yaylım atəşi də açılıb.
Qeyd edək ki, aprel ayının əvvəllərində həkimlərin döyüş əməliyyatları zamanı yaralanan zabitimiz kapitan Savalanov Nəcməddin Akif oğlunun həyatını xilas etmək üçün səyinə baxmayaraq o, mayın 8-də Silahlı Qüvvələrin Baş Klinik Hospitalında dünyasını dəyişib.