Məşhur mesajlaşama proqramı olan WhatsApp hazırkı funksiyalarına yenilərini də əlavə edir.

Unikal.org xəbər verir ki, WhatsApp-ın yeniliklərindən biri görüntülü danışıq funksiyası olacaq. Proqramın özəlliklərindən biri isə Audio mesajı yeniliyidir. Bu özəllik vasitəsi ilə zəng etdiyiniz şəxsin interneti bağlıdırsa ona səsli mesaj göndərə biləcəksiniz.
Proqramın daha bir yeniliyi isə NFC Tag tətbiqidir. Bu tətbiq vasitəsi ilə müxtəlif markalı telefonlar bir-birlərini rahat şəkildə kontakta əlavə edə biləcəklər.