Rusiyanın Kemerovo şəhərində ticarət mərkəzində baş verən yanğın nəticəsində ölənlərin sayı 40 nəfərə çatıb.

Unikal.org-un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, indiyədək 43 nəfər xəstəxanaya yerləşdirilib.

Hadisə zamanı 69 nəfərin itkin düşdüyü təsdiqlənib.


xxx

Bu gün Rusiyanın Kemerova şəhərində "Qış albalısı" ticarət mərkəzində yanğın olub.
 
Unikal.org "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, yanğın zamanı tüstüdən zəhərlənən 3 uşaq, bir qadın ölüb.

Yanğının əhatə etdiyi sahə və yanğının səbəbi dəqiqləşdirilir.