"Putinin Azərbaycanla bağlı gizli planları var"
12:50 17-08-2012
CƏMİYYƏT
"Putinin Azərbaycanla bağlı gizli planları var"
"Rusiya Azərbaycandan istifadə edərək öz problemlərini həll etməyə çalışır". Bu barədə politoloq Vəfa Quluzadə Rusiya baş nazirinin müavini Dmitri Roqozinin Azərbaycana gözlənilməz səfərinin gizli məqamlarını şərh edərkən bildirib. Politoloqun sözlərinə görə, Roqozinin səfəri heç də göründüyü kimi səmimi deyil.
"Rusiya baş nazirinin müavini Dmitri Roqozinin Azərbaycana gözlənilməz səfərinin əsas məqsədi Qəbələ RLS-lə bağlı ola bilər. Ümumiyyətlə, Rusiya Azərbaycanı başçılıq etdiyi qrupa daxil etməyə çalışır. Hesab edirəm ki, Azərbaycanın hərbi baxımdan Rusiya ilə əməkdaşlıq məsələləri də bu səfərin əsas müzakirə mövzularından ola bilər. D. Roqozinin bu səfərində bir çox məsələlər var. Suriyadan tutmuş İran problemi və s. qədər. Bu məsələlər Rusiyanı narahat edir. Onların hamısında Rusiyanın Azərbaycana böyük ehtiyacı var. Amma Azərbaycan nə qədər Rusiyadan uzaq olsa, bir o qədər ona xeyir olar. Düşünürəm ki, D. Roqozin bu səfərində öz istədiklərinə nail ola bilmyəcək.
"Rusiya hələ də Azərbaycandan gözünü çəkməyib. Biz onların hiyləsinə aldanmamalıyıq. Azərbaycan müttəfiqləri ilə əlaqələri gücləndirməlidir", - deyə V.Quluzadə qeyd edib.
Politoloq hesab edir ki, Rusiya prezidenti Vladimir Putin Azərbaycanı ələ keçirmək üçün çirkin planlar qurub. V.Quluzadənin sözlərinə görə, V. Putin Qarabağ məsələsindən istifadə edərək Azərbaycanı Rusiyanın tərkibinə qatmağa çalışır: "Putin bəyan etdi ki, guya Sovet İttifaqını bərpa edəcək. Buna Rusiyanın 80% bisavad əhalisi inana bilərlər. Ölmüş planı bərpa etmək mümkün deyil. Eyni zamanda Putin Azərbaycana vəd verə bilər ki, torpaqlarını azad edirəm, amma Rusiyanın tərkibinə daxil olmalısan. Rusiya Azərbaycanı bütün problemlərinə qoşmağa çalışır. Amma Azərbaycan artıq qərbin tərkib hissəsinə çevrilib. V. Putin hər zaman qeyri-realist düşüncələri ilə Azərbaycana ona çirkin niyyətini ortaya qoyub. D. Roqozin bu gün Bakıya gəlib buradakı abu-havanı öyrənməyə çalışacaq. Ola bilsin ki, Putinin səfəri də müzakirə edilsin. Azərbaycanı Putinin layihələrinə qoşmaq ideyaları düşünürəm ki, reallaşmayacaq".
Qeyd edək ki, Rusiya baş nazirinin müavini D. Roqozinin başçılıq etdiyi nümayəndə heyəti dünən Azərbaycana rəsmi səfərə gəlib.
Anar Rüstəmov
Digər Xəbərlər
2024-12-23 20:41:44
2024-12-23 20:34:54
2024-12-23 20:20:25
2024-12-23 20:07:03
2024-12-23 19:57:23
2024-12-23 19:20:35
2024-12-23 17:50:00
2024-12-23 17:16:45
2024-12-23 16:58:00
2024-12-23 16:57:00
2024-12-23 16:46:46
2024-12-23 16:40:00
2024-12-23 16:16:00
2024-12-23 16:01:34
2024-12-23 15:47:54
2024-12-23 15:25:00
2024-12-23 15:02:57
2024-12-23 14:25:00
2024-12-23 14:22:10