Bakıda yaşayan ermənilərin rəsmi statistikası
12:53 17-08-2012
SİYASƏT
Bakıda yaşayan ermənilərin rəsmi statistikası
Azərbaycanda ermənilər təkcə işğal altındakı Dağlıq Qarabağ ərazisində yaşamırlar. Hazırda Dağlıq Qarabağ istisna olmaqla, Azərbaycanda ermənilərin ən çox yaşadığı ərazi Bakı şəhəridir. Bəzi məlumatlarda Bakı şəhərində 20 min, digər məlumatlarda isə bundan da çox - 30 min erməninin yaşadığı bildirilir.
Bunu Azərbaycanın ayrı-ayrı dövlət rəsmiləri, deputatları da müxtəlif vaxtlarda beynəlxalq təşkilatların nümayəndələri ilə görüşdə bildiriblər.
Bakıda yaşayan ermənilərin böyük bir hissəsi azərbaycanlıların həyat yoldaşları, onların ailə üzvləri, qohumlarıdır. Digər hissəsi ad və soyadlarını dəyişib ruslar, yəhudilər kimi yaşayırlar. Dini və etnik mənsubiyyətlərinə görə heç bir problemlə üzləşməyən Bakı ermənilərinin hazırda hətta dövlət orqanlarında müxtəlif vəzifələr tutduğu da heç kimə sirr deyil.
Azərbaycanda əhalinin sonuncu siyahıya alınması zamanı (bu siyahıyaalınma 2009-cu il aprel ayının 13-dən 22-dək həyata keçirilib) zamanı bəzi göstəricilər dəqiqləşdirilərkən, milli tərkib də müəyyənləşib.
Modern.az saytının Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, Azərbaycanda yaşayan ermənilərin sayı 1999-cu ildəki siyahıyaalınmanın nəticəsinə uyğun götürülüb və bu rəqəm 2009-cu ilin siyahıyaalınma sənədlərində də 120 min 300 nəfər göstərilib.
Bəs Bakıda yaşayanlar...?
Araşdırmalara görə, Bakıda yaşayan ermənilər əhalinin sonuncu siyahıyaalınması zamanı milliyətlərini gizlədiblər və siyahıya başqa milli mənsubiyyətlə daxil olublar. Məsələn, ya azərbaycanlılar, ya ruslar, ya yəhudilər, ya da da başqa millətlər kimi... Çünki siyahıyaalınma zamanı əhalidən hansı milliyətdən olduğu soruşularkən sorğu olunan şəxslər könüllü olaraq hansı milliyətdən olduğunu bildiriblər.
Bu isə təbii ki, həmişə biclik və hiylə nümayiş etdirən ermənilərə yaxşıca imkan yaradıb ki, milliyətlərini gizlətsinlər...
Dağlıq Qarabağ münaqişəsindən sonra köçüb getməyən Bakı ermənilərinin bəziləri Dövlət Statistika Komitəsinin hələ 1999-cu ildə keçirdiyi siyahıyaalma zamanı öz milliyətini gizlətməkdən çəkinməmişdi.
Bunu Modern.az saytının Bakı Şəhər Statistika İdarəsindən əldə etdiyi rəsmi statistik məlumat da təsdiqləyir.
Araşdırmamaıza görə, 1999-cu ildə keçirilən siyahıyaalmada Bakıda 400 nəfər erməni öz milliyətini gizlətməyərək, erməni olduqlarını etiraf ediblər.
2009-cu il aprel ayının 13-dən 22-dək həyata keçirilən siyahıyaalınmada isə cəmi 100 Bakı ermənisi öz milli kimliklərini gizlətnəyib.
Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycanın ayrı-ayrı dövlət rəsmiləri, deputatları müxtəlif vaxtlarda, müxtəlif tribunalardan aramızda kifayət qədər erməninin yaşadığını bildiriblər.
Məsələn, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu 2011-ci ildə Bakıda erməni milliyətindən olan şəxslərin yaşamasına dair jurnalistlərə açıqlama verdmişdi.
"Bu gün də Bakıda 30 minə yaxın erməni yaşayır. Demək ki, bir yerdə yaşamaq mümkündür"-deyə səfir vurğulamışdı.
Bəzi ekspertlər deyirlər ki, Azərbaycan hökuməti Bakıda qohumlarının qanadları altında gizlənib özlərini rahat hiss edən və səsləri çıxmayan erməniləri danışdırmalıdır. Onlar beynəlxalq təşkilatlara bildirməlidir ki, burada rahat yaşayırlar heç bir sıxıntıları yoxdur..
Aşağıda Dövlət Statistika Komitəsinin 1999-cu ildəki siyahıyaalınma zamanı Bakıda yaşayan ermənilərlə bağlı qeydə alınan statistikanı diqqətinizə çatdırırıq.
Cədvəldən görünür ki, 2009-cu ildə Bakıda rəsmi pasport qeydiyyatında olan 2 milyon 045 min 800 nəfərdən cəmi 100 nəfər özünün erməni milliyətindən olduğunu çəkinmədən etiraf edib. Bəs qalanlar? Bakıdakı 30.000 erməninin cəmi 100 nəfəri erməni olduğunu etiraf edibsə, deməli qalan 29.900 nəfər siyahıyaalınmada ya öz milliyətini deməyib (qanunla milliyəti demək məcburi deyildi-red.), ya da özlərini rus, yəhudi, azərbaycanlı kimi qələmə verib… Necə deyərlər, ənənəvi erməni bicliyi…
Əli
Digər Xəbərlər
2024-12-24 10:25:46
2024-12-24 10:04:13
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50
2024-12-23 19:36:53
2024-12-23 19:20:00
2024-12-23 17:04:32
2024-12-23 16:48:00
2024-12-23 16:35:46
2024-12-23 15:20:16
2024-12-23 14:02:12
2024-12-23 13:46:00
2024-12-23 11:05:03
2024-12-23 10:35:27
2024-12-23 09:02:41
2024-12-21 10:20:29