Şamaxıya yağan leysan yağışları və dolu Ərciman və Çağan kəndlərində bir sıra fəsadlar törədib.
Unikal.org Kanal S-ə istinadən xəbər verir ki, Ərciman kəndinin ərazisindən keçən Pirsaat çayında suyun səviyyəsi xeyli artıb. Nəticədə təsərrüfata ciddi ziyan dəyib. Sakinlərin əkin sahəsini sel yuyub aparıb, iri buynuzlu mal-qara tələf olub. Kəndlərə gediş-gəlişdə də çətinliklər yaranıb.
Xüsusilə də Ərciman kəndinə gedən yeganə yolun çaydan keçməsi nəticəsində kəndlə rayon mərkəzinin əlaqəsi kəsilib. 655-ə yaxın sakini olan kənddə hər il yağıntılar dövründə eyni hal yaşanır. Məsələnin yeganə çıxış yolu isə çayın üzərində körpünün tikilməsidir.