Gürcüstan Rusiya ilə münasibətlərin normallaşdırılmasında maraqlıdır.
 
Unikal.org Axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstan Baş naziri Georgi Kvirikaşvili söyləyib. Onun sözlərinə görə, Gürcüstanın ərazi bütövlüyünün təmin edilməsi bu münasibətlərin normallaşmasında mühüm rol oynayar.
 
Qeyd edək ki, 2008-ci il avqust müharibəsindən sonra Gürcüstan-Rusiya münasibətləri pozulub. Rusiya Gürcüstanın tərkib hissəsi olan Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb.