Nəsimidə mənzildən kişi meyiti tapılıb.
Unikal.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açmış və orada aşkarlanan 1952-ci il təvəllüdlü Bünyadov İlqar Nurəddin oğlunun cəsədini aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat başa çatıb.