Gürcüstanda yaşayan ermənilər Tiflisin mərkəzində "Şuşanın işğalı" gününü təntənəli şəkildə qeyd edib.

Bu barədəUnikal.org-a Gürcüstanda yaşayan azərbaycanlı, Qeyrət hərəkatının sədri Əlibala Əsgər məlumat verib. 

 

 

 

O qeyd edib ki, bu təxribat tədbiri illərdir davamlı şəkidlə keçiriilr: "Keçən ilə Gürcüstandakı diaspora təşkilatları ilə birgə ciddi etirazlar edildi, Gürcüstanda prezident aparatının qarşısında aksiya təşkil edib etirazımızı bildirdik. Bu il heç bir etiraz olmadı. Çünki səfirlik işləmir. Gürcüstandakı diaspora təşkilatlarına dəstək çox zəifdir. Bu tədbirlə bağlı Diaspora Komitəsini də məlumatlandırmışıq. Onlar bir az narahat olur. Biz Gürcüstandakı diaspora təşkilatı adından məsələ ilə bağlı Gürcüstan prezidentinə müraciət hazırlamışıq və yaxın vaxtlarda. Səfirliyin bu məsələdə biganəliyi bizi çox narahat edir. Bu tədbir 4 ildir keçirilir. Guya səfirlik görmür".

Mövzunu davam edəcəyik...

 

Həsən Babayev