Ermənilər aprel hücumlarında Rusiyanın Azərbaycana kömək etdiyini iddia edirlər.
Unikal.org haqqın.az-a istinadən verdiyi məlumata görə, erməni xalqının həmişə öz səhvlərinə görə başqalarını günahlandırması adəti artıq hamıya məlumdur. Odur ki, çox nadir hallarda onlardan kimsə səhvini boynuna alır. Belə hallara ən məşhur nümunə ötən əsrin əvvəllərində Ermənistanın "Daşnaqtsutyun" partiyasının lideri Ovanes Kaçaznunidir. O, hələ ötən əsrin 20-ci illərində haqlı olaraq deyirdi ki, öz səhvlərini Rusiya, İngiltərə və Türkiyənin üstünə atmaq ermənilərə xas xüsusiyyətdir.
Ovanes Kaçaznuninin fikirlərindən təxminən 100 il keçməsinə baxamayaraq, Ermənistanda hələ də vəziyyət dəyişməyib. Bu barədə onlar haqqında yazan xarici saytlarda da görmək mümkündür.
Mayın 9-da da Ermənistanda çoxlu müxtəlif bəyanatlar səslənib. Məsələn, qondarma DQR separatçılarının lideri Bako Saakyan əsgərlərin "misilsiz gücü və sarsılmaz ruhundan" danışıb. O, bununla həm özünü, həm də sadəlövh dinləyicini aprelin əvvəllərində gedən döyüşlərdə Ermənistan ordusunun qələbə barədə uydurmaları ilə aldadıb.
Erməni cəmiyyətinin digər nümayəndələri Ermənistanda rusiyalı casus aşkarlanması haqqında məlumatlar verib. Bununla onlar Moskvanı Qarabağa hücum etmək üçün Azərbaycan ordusuna kömək etməkdə ittiham edirlər.
Məsələn,"Azad demokratlar" partiyasının sədri, Ermənistan Milli Məclisinin deputatı Xaçatur Kokobelyanın "Lragir" nəşri yazır: "Heç şübhəsiz ki, Rusiyanın icazəsi olmasa idi, bu cür irimiqyaslı hücum ola bilməzdi. Əlbəttə, Rusiya Azərbaycan qoşunlarının hərəkətindən xəbərdar idi. Yəni, aprel ayındakı irimiqyaslı əməliyyatlar Rusiyanın dinməz razılığı və dəstəyi ilə həyata keçirilib".
Bundan başqa, Rusiya hücumlardan agah ola-ola bu barədə Ermənistan tərəfini xəbərdar etməyib ki, onlar da hazırlıqlı olsunlar. Həm də bu döyüşlərdə Rusiya təkcə siyası deyil, hərbi cəhətdən də Azərbaycana köməklik göstərib. Bunu baş nazir Dmitri Medvedevin və onun müavini Roqozinin Azərbaycana silah satışını davam etmələri haqqında açıqlamalarından da aydın görmək olar.
Erməni siyasi təhlilçi Naira Ayrumyan öz növbəsində bildirib ki, hələ də Ermənistanda rus casus və agentlərini bütöv bir şəbəkə olaraq qalır.
Digər analitik öz məqaləsində açıq-aşkar qeyd edir ki, indi ruslar öz maraqlarına cavab verən şəkildə tədbirlər hazırlayırlar. "Rusiya xüsusi təhsilə malik olan yeni casuslarını Ermənistana göndərirlər ki, lazımı informasiyaları onlara çatdıra bilsinlər".
Göründüyü kimi, tarix təkrarlanır. Ermənilər yenə də öz səhvlərini daxili deyil, xarici təsirlərdə axtarırlar.