Almaniyanın Münhen şəhərində naməlum kişi dəmiryol stansiyasında sərnişinlərə bıçaqla hücum edib.

Hadisə nəticəsində beş nəfər ağır yaralanıb. 

Cinayəti törədən şəxs yaxalanıb, hazırda şəxsiyyəti müəyyənləşdirilir. 

Hadisə şahidlərin sözlərinə görə, cinayətkar hücum edərkən vağzalda "Allahu əkbər" qışqırıb. 

Almaniya polisi faktla bağlı araşdırmalara başlayıb. 

***
13:08

Alman KİV-nin yaydığı məlumata görə, hadisə nəticəsində yaralanan şəxslərdən biri xəstəxanada dünyasını dəyişib. (AzVision.az)